Azərbaycanın hərbi helikopterləri Türkiyəyə yola düşüb

azerbaycanin-herbi-helikopterleri-turkiyeye-yola-dusub
Oxunma sayı: 1799

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri, texniki və uçuş heyəti mayın 13-də başlayacaq “Anatolian Phoenix-2019” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək üçün Konya şəhərindəki aviabazaya yola salınıb.

"Qafqazinfo" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mayın 24-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin iki “Mi-35” və iki “Mi-17” helikopterləri cəlb olunacaq.