“Azərbaycanın yenidən kiberterrora məruz qalması qaçınılmazdır”

azerbaycanin-yeniden-kiberterrora-meruz-qalmasi-qacinilmazdir-
Oxunma sayı: 641

İnformasiya Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu bildirdi ki, informasiya təhlükəsizliyi deyəndə, zərərli informasiyadan qorunmaq və informasiyaların qorunması prinsipləri əsas götürülür. İnformasiyanın qorunması və informasiyadan qorunmaq çox mühüm, deyərdim ki, həyati bir məsələdir. Son hadisələrdə bu iki halın hər ikisi də kiberterrora məruz qaldı.

“Müşahidələrim nəticəsində belə bir qənaətə gəlirəm ki, bu heç də son deyil. Azərbaycan Eurovision kimi böyük bir tədbirə hazırlaşır. Bu ərəfədə Azərbaycanın kiberterrora məruz qalması qaçınılmazdır. Son hadisələr buna bir işarədir. Ümumiyyətlə, virtual informasiya mühiti mövcud olduğu müddət ərzində informasiya müharibəsi daim mövcud olacaq. Müntəzəm olaraq Ermənistan, Rusiya, Çin, ABŞ və digər ölkələrin ərazilərindən Azərbaycana aid internet resurslarına haker hücumları qeydə alınmaqdadır. Hal-hazırda İran bu siyahıya liderlik etməyə başlayıb. İranın son zamanlar Azərbaycana qarşı hərtərəfli fəaliyyəti kiberterror sahəsindən də yan keçmir”.