Türkiyənin Tokat əyalətində azərbaycanlı sərnişinin çantasından 180 qutu qaçaqmal siqaret və 12 litr içki ələ keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, E.S adlı şəxs qaçaqmalla sərnişin avtobusunda yaxalanıb.
Qaçaqmal siqaretə görə azərbaycanlıya 2 min 520 lirə, spirtli içkilərə görə isə min 128 lirə inzibati sanskiya, sürücüyə isə 206 lirə pul cəzası tətbiq edilib.
Son xəbərlər
Son Xəbərlər