“Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində tanınmış artistlər, müğənnilər, aktyorlar, bloggerlər qırmızı xalı üzərindən keçiblər.
“Qafqazinfo” xəbər verir ki, festivalın üçüncü günündə qırmızı xalı üzərindən keçənlər arasında azərbaycanlı məşhurlardan əməkdar artist Manana Caparidze, “Eurovision” təmsilçimiz Səmra Rəhimli, teleaparıcı Nuran Hüseynov olub.
Qeyd edək ki, bu gün “Leninqrad” qrupu konsert verir.
Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.
Foto: Pərvin Zeynal
Son xəbərlər
Son Xəbərlər