“Azərnəşr”in əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib - Adlar

azernesrin-emekdaslari-tereqqi-medali-ile-teltif-edilib
Oxunma sayı: 1425

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
 
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşları Qarayeva Rəsmiyə Məmməd qızı və Rəhimov Elxan Rəhim oğlu “Tərəqqi” medalı ilə təltif edilib.