Zelenski “ən qaynar” döyüşlərin getdiyi yerləri açıqladı

zelenski-en-qaynar-doyuslerin-getdiyi-yerleri-aciqladi
Oxunma sayı: 2232

Ukrayna Prezidenti Volodimir Zelenski “ən qaynar” döyüşlərin getdiyi altı bölgənin adını çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, həmin yerlərin adlarını öz teleqram kanalında qeyd edib.

“Döyüşlərin ən qızğın yerləri Pokrovsk, Kuraxovsk, Kramatorsk, Limansk, Vremevsk, Kupyansk istiqamətləridir”, - dövlət başçısı bildirib.