“Azərsu” əhalini yenə də susuz qoyacaq

azersu-ehalini-yene-de-susuz-qoyacaq
Oxunma sayı: 640

Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, təsdiq olunmuş Tədbirlər proqramına uyğun olaraq yay rejiminə hazırlıqla əlaqədar içməli suyu mənbələrdən Abşeron yarımadasına nəql edən magistral kəmərlərdə təmir-profilaktika işlərinə başlanılıb. Bu məqsədlə Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən Maştağa Su anbarına su nəql edən iki magistral kəmərin birində təmir-bərpa işləri aparılır. Yenidənqurma işləri çərçivəsində magistral kəmərin vəziyyəti yoxlanılır, təmirə ehtiyac olan hissələr bərpa edilir, nasaz siyirtmələr yeniləri ilə əvəzlənir. Bununla əlaqədar aprelin 10-da Saray, Mehdiabad, Novxanı bağları ərazisinə, həmçinin paytaxtın Suraxanı və Sabunçu rayonlarının bəzi yerlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Nigar Məmmədli