Ziyalılar Forumu ilə İctimai Palatanin 5 bəndlik razılığı

-ziyalilar-forumu-ile-ictimai-palatanin-5-bendlik-raziligi
Oxunma sayı: 658



Bu gün Ziyalılar Forumu və İctimai Palata Koordinasiya Şuraları arasında görüş olub. “Qafqazinfo”nun məlumatına görə, görüşdə ölkə və dünyada aktual olan ictimai – siyasi məsələlər və iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Aşağıdakı məsələlər barədə razılıq əldə olunub:

1.Ziyalılar Forumu və İctimai Forum arasında ümumi əməkdaşlıq davam etdirilsin;

2.Ziyalılar Forumu və İctimai Forum tərəfindən köklü demokratik dəyişikliklər uğrunda çıxış edən ictimai - siyasi qüvvələrin konsolidasiyası məqsədi ilə Demokratik Müşavirə bu ilin payız aylarında keçirilsin;

3.Qərara alındıği kimi, Ümumrespublika Demokratik Müşavirəsində ölkədə demokratik dəyişikliklər uğrunda çalışan bütün qüvvələrin və şəxslərin iştirakı təmin olunsun;

4.May ayında yerli və xarici KİV nümayəndələri üçün birgə brifinq keçirilsin;

5.Bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxılması barədə bəyanat qəbul edilsin.