11 yaşlı uşaq qəza törətdi, ölən var

11-yasli-usaq-qeza-toretdi-olen-var
Oxunma sayı: 708

Bakı-Quba yolunda azyaşlı uşaq ağır qəza törədib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qeyd edilən yolun 8-ci kilometrliyində Sumqayıt sakini 28 yaşlı Sirac Tağızadənin idarə etdiyi “Hyundai” markalı avtobusla, Bakı sakini 11 yaşlı Ülvi Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Nəticədə Ülvi Qasımov, sərnişinləri Asim Nəbiyev və Ukrayna vətəndaşı Faina Kabanovskaya xəstəxanaya yerləşdiriliblər. Asim Nəbiyev orada dünyasını dəyişib. Digərlərinin vəziyyətləri isə orta-ağırdır.