Bakı metrosunda bomba həyəcanı var

baki-metrosunda-bomba-heyecani-var
Oxunma sayı: 636

Bakı metrosunda bomba həyəcanı var. Milli.az-ın məlumatına görə, metronun “Sahil” stansiyasına bomba qoyulması barədə edilən telefon zəngilə əlaqədar polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində axtarışa başlayıblar.

Səbail rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, metronun “Sahil” stansiyasında partlayıcı olması barədə polisə məlumat daxil olsa da, hələlik heç bir partlayıcı aşkarlanmayıb. Hazırda axtarışlar davam etdirilir.