Bakı-Quba yolunda qəza

Bakı-Quba yolunda qəza
Oxunma sayı: 39

Bakı-Quba yolunda ağır yol qəzası olub.

“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 8-ci km-də “VAZ” və “Volkswagen” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:15-də başa çatıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi