Bakı səmasında yenidən helikopterlər

baki-semasinda-yeniden-helikopterler
Oxunma sayı: 2767

Azərbaycan Hərbi Hava Qüvvələri paytaxtda keçiriləcək hərbi parada hazırlıqları davam etdirir. 

“Qafqazinfo”nun məlumatına görə, bu gün səhər satlarından başlayaraq Bakı səmasında yenidən qırıcı təyyarələr görünüb. 

Helikopter və təyyarələr əsasən “Hökumət evi” üzərindən məşqləri həyata keçirib. Bununla bağlı sosial şəbəkə istifadəçiləri də müxtəlif paylaşımlar edib və Hərbi Hava Qüvvələri vasitələrinin ətrafa yayılan səsinin maraq doğurduğunu qeyd ediblər.

Xatırladaq ki, Müdafiə Nazirliyinin açıqlamasına görə, hərbi parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da keçiriləcək.