Bakıda 41 dərəcə isti var?

bakida-41-derece-isti-var
Oxunma sayı: 1500

“Hazırda paytaxtda, ümumilikdə, 33-38 dərəcə aralığında istilik müşahidə olunur”. Bu sözləri “Qafqazinfo”ya Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib. 

O bildirib ki, yollarda, dayanacaqlarda ölçülən temperatur dəmirin, asfaltın istisinə görə daha yüksək dərəcə göstərir: “Sürücülərimiz, vətəndaşlarımız dərəcəni 40-41 dərəcə görə bilərlər. Ancaq bu halda narahat olmalı məqam yoxdur”.

Qeyd edək ki, vətəndaşlarda olan bir çox ölçmə cihazlarının havanın temperaturunu 41-42 dərəcə göstərməsi əhalidə narahatlıq yaradıb.