Bakıda faciəvi şəkildə ölən tələbənin - Fotosu

bakida-facievi-sekilde-olen-telebenin
Oxunma sayı: 1291

Xəbər verdiyimiz kimi, Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib.

“Qafqazinfo”nun “Lent.az”a istinadən verdiyi məlumata görə, bazar günü saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə 1997-ci il təvəllüdlü Əkbərov Orxan Füzuli oğlu suda batıb. Ona tibbi yardım göstərilsə də, artıq gec olub və 20 yaşlı oğlan keçinib.

Məlum olub ki, Orxan Əkbərov Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi imiş. Dostları onun fotoşəkillərini sosial şəbəkədə paylaşıblar.