Bakıda məşhur oteldə yanğın

bakida-meshur-otelde-yangin
Oxunma sayı: 3288

Bakı şəhərinin Səbail rayonunda “Monolit Plaza” otelində yanğın olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1000 m² olan ikimərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, ona bitişik ümumi sahəsi 50 m² olan istifadəyə yararsız talvarın yanar konstruksiyaları və 50 m² sahədə məişət tullantıları yanıb. Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.