Bakıda qadın əcnəbinin 14 min dollarını oğurlayıb

bakida-qadin-ecnebinin-14-min-dollarini-ogurlayib
Oxunma sayı: 2455

Martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanıb. 

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılıb. 

Onun Nəsimi RPİ tərəfindən Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.