Bankda qumbara partladıldı - 1 ölü, 6 yaralı

bankda-qumbara-partladildi
Oxunma sayı: 1922

Ukraynanın Luqansk vilayətinin Starobelsk şəhərində bir nəfər bank şöbəsində qumbara partladıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər, o cümlədən polis əməkdaşı xəsarət alıb.

Bu barədə vilayət üzrə polis idarəsinin mətbuat xidməti məlumat yayıb: "Partlayış nəticəsində kişi hadisə yerində ölüb. 5 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb". 

Qeyd edək ki, yaralılardan ikisi bank işçisi olub.