Banklarda vəziyyət necədir?

banklarda-veziyyet-necedir
Oxunma sayı: 1691

31 may 2019-cu il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29,654.4 mln. manat, cəmi öhdəlikləri isə 25,161.6 mln. manat təşkil edib.  Maliyyə Bazarlarına Nəzarət Palatasından “Qafqazinfo”ya daxil  olan məlumata görə, sektorun balans kapitalı 4,492.8 mln. manat olub. 

May ayına sektorun aktivlərinin 43.4%-ni kredit portfeli təşkil edir. Ay ərzində kredit portfeli 1.5% (186.6 mln. manat) artıb. Banklar üzrə ümumi kredit portfeli ayın sonuna 12,861.4 mln. manat təşkil edib. Ay ərzində milli valyutada kreditlər üzrə artım olub. Belə ki, ay ərzində milli valyutada kreditlər 2.1% (170.4 mln. manat) artaraq 8,264.3 mln. manata çatıb. 

2019-cu ilin may ayında fiziki şəxslərin əmanətləri 8,527.6 mln. manat təşkil edib. May ayında milli valyutada olan əmanətlər 1.3% (47.7 mln. manat) artıb. 

Hüquqi şəxslərin cəmi depozitləri may ayında 0.3% (29.1 mln. manat) artaraq 10,205.5 mln. manata çatıb. Ay ərzində müddətli depozitlər 18.5% (319.0 mln. manat) artaraq 2,046.7 mln. manat təşkil etmişdir. Milli valyutada olan depozitlər 3.3% (128.0 mln. manat) artaraq 3,971.0 mln. manata çatıb.  Xarici valyutada olan müddətli depozitlər 22.1% (331.8 mln. manat) artaraq 1,836.5 mln. manata çatmışdır. 

Sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat) artaraq 4,492.8 mln. manata çatıb.

May ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.