“Barselona”nın məğlubiyyətsizlik seriyası bitdi - Video

barselonanin-meglubiyyetsizlik-seriyasi-bitdi
Oxunma sayı: 2841

İspaniya Kral kubokunun 1/8 mərhələsinin ilk oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Espanyol” öz meydanında “Barselona”nı qəbul edib. Oyunun 62-ci dəqiqəsində Messi penaltidən fərqlənə bilməyib. 88-ci dəqiqədə isə Oskar Melendo ev sahiblərinin qələbə qolunu vurub.

Bu nəticə “Barselona”nın 29 oyunluq məğlubiyyətsizlik seriyasını başa çatdırıb.

“Espanyol” 1-0 “Barselona”

Qol: Oskar 88