“Qafqazinfo”nun məlumatına görə, Facebook sosial şəbəkəsində yayımlanan fotoda Aysel Teymurzadə həyat yoldaşı Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla görüntülənib. Fotoda əl-ələ tutan cütlük xoşbəxt görünür.Fotonun nə vaxt çəkildiyi bəlli deyil.
Qeyd edək ki, bir neçə ay əvvəl “Qafqazinfo” Azərbaycanı “Avroviziya-2009” müsabiqəsində 3-cü yeri qazandırmış müğənninin nişanlanması haqqında da eksklüziv məlumat yaymışdı.
Onu da xatırladaq ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. Aysellə nikaha daxil olana qədər isə maestro ailəli olub, övladı da var.
Son xəbərlər
Son Xəbərlər