Azərbaycan, Rusiya və Qazaxıstanın - “Putin” əməliyyatı

azerbaycan-rusiya-ve-qazaxistanin-putin-emeliyyati
Oxunma sayı: 653

“Biz “Putin” əməliyyatını Astraxan bölgəsi və Dağıstan Respublikası, habelə Qazaxstan və Azərbaycanın sahil qurumları ilə birgə keçirmişik. Birgə səylər nəticəsində dövlət sərhədini pozan 20-dən çox insan və sərhəd, sərhədyanı ərazilərdə rejimi pozan 130 nəfər saxlanılıb. 25-dən çox gəmi və 800 kiçikölçülü üzmə vasitələri yoxlanılıb, 90-dan çox motorlu qayıq ələ keçirilib. Sərhədyanı ərazilərdə qurulan 5 brakonyer dayanacağı aşkar edilərək məhv edilib”, - bunu Rusiya Federal Təhlükəsizlik Xidmət İdarəsinin Astraxan üzrə Sərhədyanı İdarəsinin mətbuat katibi İrina Qafurova bildirib.

Onun sözlərinə görə, saxlanılan brakonyerlərdən təqribən 1 ton nərə balıq növləri ələ keçirilib. Canlı olaraq aşkar edilən balıqlar qanuna uyğun olaraq, dənizə buraxılıb.
Ümumilikdə 2 min tondan çox nərə balığı xilas edilib.