Bugünkü qəzetlərin manşeti – Xülasə

bugunku-qezetlerin-manseti-xulase-
Oxunma sayı: 1125

“Azərbaycan” qəzetinin manşetində prezident İlham Əliyevin yaponiyalı qonaqla görüşü xəbəri yer alıb. “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Yaponiya hökumətlərarası Komissiyanın həmsədri, “İtoçi” koporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayşini qəbul edib”-başlığı ilə verilən xəbərdə görüş barədə məlumat və qonağın Azərbaycan haqqında fikirləri yer alıb.

“Yeni Müsavat” qəzeti isə manşetdə “Səhiyyə Nazirliyində aptek biznesi uğrunda savaş” başlıqlı xəbəri dərc edib. Yazıda səhiyyə naziri Oqtay Şirəliyevlə onun müavini Elsəvər Ağayev arasında qarşıdurma yaşanması və bunun səbəbləri haqqında məlumat verilir.

“525-ci qəzet”in manşeti dövlət büdcəsinin müzakirəsi barədə xəbər olub. “Parlament gələn ilin dövlət büdcəsinin müzakirəsinə başladı” başlıqlı xəbərdə Milli Məclisin dövlət büdcəsi ilə bağlı müzakirələri haqqında ümumi məlumat verilib.

“Azadlıq” qəzetinin manşet xəbəri “Ramiz Mehdiyevin Moskvaya məxfi səfəri” başlıqlı yazıdır. Yazıda səfərin məxfi olması vurğulanıb və səbəbləri haqqında ekspert rəyləri yer alıb.

“Yeni Azərbaycan” qəzetinin manşet xəbəri İlham Əliyevin yaponiyalı qonaqla görüşü barədədir. “Prezident İlham Əliyev Azərbaycan-Yaponiya hökumətlərarası Komissiyanın həmsədri, “İtoçi” koporasiyasının icraçı vitse-prezidenti Yoiçi Kobayşini qəbul edib” başlıqlı xəbərdə görüşün təffərrüatları bardəə məlumat verilir.

“Bizim Yol” qəzeti isə manşetdə Azərbaycan Dövlət Neft Şirkətinin 30-35 min evi sökəcəyini xəbər verir. “Əhaliyə qarşı növbəti hücum üçün məhkəmə qərarı hazırdır” başlıqlı yazıda söküntü ilə bağlı məlumat verilir və bunun hansı qəsəbələrə şamil olunacağı bildirilir.

“Şərq” qəzeti isə manşet xəbər olaraq Milli Məclisdə vətəndaşların sovet vaxtında bankalarda qalmış əmanətlərinin müzakirəsi xəbərini verib. Oqtay Əsədovun “Prezident də banklarda batmış əmanətlərdən narahatdır” sitatı ilə verilən xəbərdə bu məsələnin müzakirəsi barədə məlumat yer alıb.

“Xalq Cəbhəsi” qəzeti isə manşetə “Əmanətlər qaytarılacaq” başlıqlı xəbər verib. Yazıda əhalinin SSRİ zamanında banklarda qalan əmanətləri ilə bağlı Milli Məclisdə keçirilən müzakirələr və çıxışlar dərc olunub.

“Kaspi” qəzetinin manşetində Böyük Britaniyanın “Populus limited” şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticələri yer alıb. “Əhalinin 95 faizi Prezidentə yüksək etimad göstərir” balıqlı yazıda sorğu və onun nəticələri haqınbda ətraflı məlumat verilib.


Maraqlıdır, oxucular daha hansı qəzetlərin manşetlərindən xəbər tutmaq istəyir? Oxucular rəy və təkliflərini yaza bilər.

Hazırladı Fatimə Kərimli