“Çox kefli və maraqlı oldu”

cox-kefli-ve-maraqli-oldu-
Oxunma sayı: 641

"Heç kimə sirr deyil ki, sənətçilər il boyu gərgin iş qrafiki ilə işləyirlər. Toylar, el şənlikləri, çəkilişlər çox olduğundan istirahət etməyə imkan tapmırıq. Ona görə də əlimizə imkan düşəndə, fürsətimiz olanda biz də istirahət etməyə çalışırıq. Bu il şəhər səs-küyündən, iş gərginliyindən bir qədər uzaq olmaq üçün Türkiyədə istirahət etməyə qərar verdim.

Heç kimə sirr deyil ki, Türkiyə dünyanın ən məşhur istirahət məkanları ilə seçilir. Düzdür, Azərbaycanda da çox maraqlı, gözəl istirahət yerlərimiz var. Bu yay Azərbaycanın bir neçə bölgəsində də imkan tapan kimi istirahət etmişəm. Ancaq Türkiyədə istirahət etmək daha rahatdır, çünki məni orda tanımırlar və rahat istirahət edə bilirəm. Çox kefli, maraqlı istirahət anlarımız oldu. Anam və qızım da yanımda idi. Əsas odur ki, dincəldim”.

Onu da qeyd edək ki, Göyçək Fatimə Türkiyədən birbaşa Hollandiyaya yollanıb. Bu yaxınlarda Fatimənin Hollandiyada yaşayan qardaşı oğlunun kiçik toy mərasimi olacaq. Fatimə də bibi kimi üzərinə düşənləri yerinə yetirmək üçün sünnət toyunda iştirak edəcək.