Daha bir rəis təqaüdə göndərildi

daha-bir-reis-teqaude-gonderildi
Oxunma sayı: 673

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, 10 saylı müəssisənin rəisi Fikrət İsmayılov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib. Ondan əvvəl 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elman Əlişirov və 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Nahid Xəlilov təqaüdə göndərilmişdi.

Müəssisələrdə rəisin səlahiyyətlərini müvəqqəti olaraq müavinləri həyata keçirir. Ədliyyə orqanlarında qulluqkeçmənin son yaş həddi 55 yaşdır.