Əli Kərimli ilə görüşmək qadağandır!

eli-kerimli-ile-gorusmek-qadagandir
Oxunma sayı: 751

Məlumata görə, Anar Həsənov və Mübariz Verdiyev AXCP sədri Əli Kərimliyə iyunun 17-də parklardan birində yaxın tanışları, Milli Demokrat (Bozqurd) Partiyasının təşkilat komitəsinin üzvü Rövşən Cəfərovla birlikdə rast gəliblər. Onların istəyi ilə AXCP sədri onlarla bir neçə dəqiqə çay süfrəsi arxasında söhbət edib.

Əli Kərimlini izləyən mülki geyimli təhlükəsizlik əməkdaşları bu mənzərəni qeydə alıblar. AXCP sədri görüş yerini tərk edəndən sonra Anar Həsənov və Mübariz Verdiyev saxlanılıb. Rövşən Cəfərov isə hadisə yerini tərk edə bilib. Lakin həmin gün axşam polis Rövşən Cəfərovun evinə gələrək ailə üzvlərindən onu soruşublar.

Hazırda Rövşən Cəfərov polis təqibindən gizlənməyə məcbur olub.

Anar Həsənov və Mübariz Verdiyev isə iyunun 18-də Nizami rayon məhkəməsinin qərarına əsasən polisə müqavimət ittihamı ilə 5 sutka azadlıqdan məhrum ediliblər.