Elnur Astanbəylinin demokratiyası

elnur-astanbeylinin-demokratiyasi
Oxunma sayı: 651

Həmçinin öz ölkəsinin vətəndaşlarına hər cür sosial haqqlar verən, yetim uşaqlara həddən artıq qayğı göstərən bir quruluş, başqa ölkələdə yetimlərin haqqını yeyən, vətəndaşlarını min cür zülm və zillətə məruz qoyan diktatorları dəstəkləməsinin adı isə ikiüzlülük və riyakarlıqdır.

Kapitalizmi bundan artıq tənqid etmək istəmirəm. Ona görə yox ki, kapital toplayanları və demokratiya adlandırılan bu nəsnəni tanımıram. Əksinə kapitalizmin də nə olduğunu bilirəm, demokratiya deyilən bu kapitalist maskasını da. Sadəcə məqalənin mövzusu bu deyildir. Mövzu Elnur Astanbəylinin mütləq mənada mücərrəd bir məhfum olan demokratiyanı bu qədər müdafiə edərkən, bizlər “Əsl İslam haradadır və ya nədir?” kimi sadə sualı nə cavablandıra, nə də cavabımızı əsaslandıra bilirik. Çox təəssüf ki, E. Astanbəyli “Onlar özlərini təmsil edə bilmirlər, onlar mütləq təmsil olunmalıdırlar”- dəyərək şərqliləri təhqir edən, aşağılayan milliyyətcə yəhüdi, ideoloji cəhətdən isə mason olan Marksi tərifləyərkən (bax: “Lois Bonapartın On Səkkizinci Brumeyası” əsəri, 1852), biz müsəlmanlar, “Yol Onun, varlıq Onun, gerisi hep anqarya” söyləyən, bizimlə eyni millətdən olan Nəcib Fazil Kısakürəki lazım olduğu qədər sevə bilmirik.
Əfsuslar ki, E. Astanbəyli qadınların “evi qorumaqda köpəklərdən daha yaxşı” olduqlarını söyləyən Darvini (bax: “Carles Davinin avtobioqrafiyası, 1809-1882”, “The Autobiography of Charles Darwin 1809-1882”, səh. 232-233, müəllifi Nora Barlou (Barlow), kitab 1958-ci ildə Nyu-Yorkda çap olunmuşdur) təbliğ edərkən, biz müsəlmanlar, Hz. Muhamməd (s.a.s.)-in buyuruduğu: “Cənnət anaların ayaqları altındadır” kəlamını hayqıra bilmirik.
E. Astanbəyli mücərrəd bir məhfumu əlində bayraq etməyi bacararkən, biz müsəlmanlar, 1433 ildə bir hərfi belə dəyişməyən İslamı mənimsəyə bilməmişik. O, Azərbaycanı isğal edən, ikiyə parçalayan Rusiya İmperiyasının Tiflisdəki canişiniə mirzəlik edərkən “azad düşüncə” tərəfdarı da olmağı unutmayan Mirzə Fətəli Axundovu oxuculara istədiyi kimi təqdim edərkən, biz müsəlmanlar, boyunduruğu əsla qəbul etməyən, 10 il həbsxanada olmazın işgəncələrə məruz qalan, əfv istəmək imkan var ikən, şəhadət barmağını göstərərək: “Mən namazda Allahın təkliyinə şəhadət edən bu barmaqla taqundan əfv olunmaq üçün ərizəyə imza atmayacağam”-deyərək özünü edama atan Seyyid Quttubun kim olduğunu belə bilmirik.

E. Astanbəyli 1992-ci ilin avqust-sentyabr aylarında Qarabağda vuruşmaq üçün azərbaycanlı müsəlman qardaşlarına köməyə gələn əfqanlara 2012-ci ildə “terrorçu” deməyi bacararkən, biz müsəlmanlar, 1992-ci ildə Xocalı soyqırımı törədən ermənilərin bu hərəkətlərini susaraq alqışlayan demokratlara “Siz kapitalistsiniz” deməyə cürət edə bilməmişik.

Siz müsəlmanlar, elə düşünməyin ki, E. Astanbəyli Nəcib Fazil Kısakürəki sevəcək, Hz. Muhamməd (s.a.s.)-in hədislərini hayqıracaq, Seyyid Quttubun kimliyi ilə maraqlanacaq, demokratiya maskası altında gizlənənlərə “Siz kapitalistsiniz” deyəcək. Elnur bəy bunu etməyəcəkdir. Çünki o, kapitalistlərin icad etdiyi demokratiyadan, siz isə Allahın dini olan İslamdansınız.
Bir türk atalar sözündə “Aslan yatdığı yerdən bəlli olur” deyilir. Aslan digər böyük yırtıcılardan fərqli olaraq (ayı, timsah, köpək balığı və s.) ov ətinin ən yaxşı yerlərindən yeyər, qalanını isə nisbətən kiçik yırtıcılara buraxar. “Aslan niyə əziyyət çəkərək ovladığı şikarının bir qismini başqa heyvanlara buraxır?” sualının cavabını isə bilən yoxdur. Digər suallar kimi, bu sualın da cavabını təkamülçülər gələcəyə buraxdıqları üçün bəzi Şərq xalqlarının “Aslan öz alicənablığını göstərir” ifadəsini bu sualın cavabı olaraq qəbul etməli olacağıq.

Bir halda ki, biz də şərqliyik, azərbaycanlıyıq və ən mühümü, müsəlmanıq, aslanın alicənablığından nümunə götürərək, həmvətənlim ateist Elnur Astanbəylinin danışmadığı və ya danışdıqda bilərəkdən insanların beynini bulandıran fikirlərinə qisaca aydınlıq gətirək.
Demokratiya Qərbdə sosial haqlardır, Şərqdə isə kapitalizm. Demokratiyanin həm Qərbdə, həm də Şərqdə sosial haqlar olması mümkün deyildir. Bu iki qoçun başının bir qazanda qaynadılmasının mümkün olmadığına bənzəyər. Az işləyən çox qazanırsa, deməli, başqa birisi çox işləyib az qazanmalıdır. Son yazdığım cümlə kapitalizmin bir nömrəli şərtidir. Demokratiyada az işləyənlərin çox sosial haqlarının olması, dünyanın başqa yerində çox işləyənlərin az sosial haqları hesabınadır. Bu isə ədalətli deyildir. Zatən kapitalizmin hədəfi də ədalət yox, sosial haqlardır.

İslamda isə bu belə deyildir. İslamda ədalət Şərqə və Qərbə görə dəyişməz. Düzdür, indi müsəlmanlar İslamdakı ədalətdən 300 illik bir məsafə qədər uzaqda dururlar. Lakin İslam insandan ədalətli olmağı tələb edir.

Qurani-Kərimdə Allah (c.c.) Nisa surəsi, 135 ayədə ədalətli olmaqla bağlı buyurur: "Ey iman edənlər! Adələtli davranın (onu uca tutun)..." Ənam surəsi 152 ayəsində isə belə əmr edir: "Həddi-buluğa çatmayıncaya qədər, yetimin malına ən yaxşı şəkildə yaxınlaşın. Ölçünü və tərəzini adalətlə tamamlayın…” Göründüyü kimi, İslam insanın harada olmasından və qarşısındakının kimliyindən asılı olmayaraq sosial haqlarının ədalətli şəkildə paylanmasını istəyir.
E. Astanbəyli dəfələrlə öz yazılarında İslamda insan haqlarının olmamasını və bunun əksi olaraq demokratiyada bu haqların əlahiddə dərəcədə yüksək olduğunu yazır. Demokratiyadakı insan haqları ilə sosial haqları məhdud olmayan ölkələrdəki insan haqlarını bilərəkdən və ya bilməyərəkdən qarışdıran Elnur bəyə İslamın qəlbi olan Qurani-Kərimdən bir ayəni göstərmək istəyirəm. Şuara surəsi183-cü ayədə buyrulur: “İnsanların haqqı olan şeyi qısmayın. Yer üzündə fəsad çıxartmayın”. Ayəni təhlil etdikdə hər kəsin haqqının layiqli şəkildə verilməsi, çox işləyənin haqqıni qəsb etmək üçün fəsada yol açan diktaturanın dəstəklənməməsi də aydın görünür.

Heç şübhəsiz rüşvət, növündən asılı olmayaraq bütün cəmiyyətləri süquta uğradır. Çox təəssüf ki, həmvətənlim Elnur bəy bu dəfə də həqiqəti deyil, öz firqə maraqlarını üstün tutaraq bir çox müsəlman ölkəsində tüğyan edən rüşvətxorluğu müqəddəs dinimiz İslam ilə əlaqələndirir. Lakin onun iddialarının tərsi olaraq Allahu -təala Bəqərə surəsinin 188-ci ayəsində rüşvəti qadağan etdiyi gözlərimiz qarşısındadır: “Mallarınızı aranızda batil (onda haqqınız olmadan) səbəblərlə yeməyin. İnsanların mallarından bir qismini haram ilə yemək üçün, o malları hakimlərə (idarəçilərə) rüşvət olaraq verməyin”. Həmçinin, aləmlərə rəhmət olaraq göndərilən Hz. Muhamməd (s.a.s.)-də bir hədisdə: “Rüşvət alanın da, verənin də, vasitəçi olanın üzərində Allahın lənəti vardır” buyurmuşdur. İslamın rüşvətə münasibəti bu qədər açıq-aydın ortada olduğu halda rüşvəti İslam ilə əlaqələndirmək ən azı insafsızlıqdır.

Allah Nəcməddin Ərbakana qəni-qəni rəhmət etsin. O, deyirdi ki, ən böyük yalan həqiqətə yaxın olan yalandır, çünki həqiqətə yaxın olduğundan yalan və ya doğru olduğunu seçmək mümkün olmur. İndi, Elnur bəyin yazıları rəhmətlik Erbakanın bu sözlərini xatırladır. İlk baxışda E. Astanbəylinin məqalələri həqiqət kimi, yəni Azerbaycanda hökm sürən ifrat haqsızlıqlar ilə mübarizə aparan köşə yazıları təəssuratı buraxır, lakin məsələnin mahiyyətinə diqqət etdikdə bunun heç belə olmadığı görünür. Rüşvətdən və rüşvətxordan yazan Elnur bəy Mirzə Fətəli Axundovu da bir dəyər kimi təqdim etməyə çalışır. Amma Elnur bəy unudur ki, mən rus boyunduruğunu qəbul etmək istəsə idim, onu Axundovsuz da qəbul edərdim. Bunun üçün də rüşvətxordan yazarkən Axundovu da təqdim etməyə ehtiyac yoxdur. Əks halda ustad Ərbakan hocamın sözlərini bir daha xatırlatmaq zərurəti hiss edəcəyəm.