“Əmanətləri qaytarmamaq üçün arqument yoxdur” - Mövqe

<b>“Əmanətləri qaytarmamaq üçün arqument yoxdur” - <font color=red>Mövqe</b></font>
Oxunma sayı: 393

Bunu “Qafqazinfo”ya açıqlamasında iqtisadçı Qadir İbrahimli Milli Məclisdə əhalinin SSRİ zamanından bankarlarda qalan əmanətləırinin müzakirəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, əmanətlərin qaytarılmasının ləngildilməsi bundan dolayı yolla imtian etməkdir: “MDB ölkəlıəri arasında yalnız Azərbaycan hələ də bu əmanətləri qaytarmayıb. Bizdən kasıb ölkələr- Qırğızıstan və Ermənistan belə bunu reallaşdırsa da, Azəbryacanda bu hələ ki, baş verməyib”.

Əmanəıtlıərin indeksləşdirilməsinə gəlincə isə Qadir İbrahimli vurğulayıb ki, bu bir o qədər də böyük məbləğ deyil: “Əmanətlərin məbləği indiki manatla 1 milyarddan azdır. Təxminən 800 milyon manatdır. Elə layihələr var ki, ona milyardlarla vəsait ayrılır, lakin əmanətlərin qaytarılması üçün bu vəsait ayrılmır”.

“Əmanətlərin qaytarılması bu dəfəki müzakirədən sonra reallaşa bilərmi?” sualını isə iqtisadçı belə cavablandırıb: “Reallaşmamasına əsas verən arqument yoxdur. Artıq 10 ildir ki, hər dəfə dövlət büdcəsi müzakirə olunanda bu məsələ gündəliyə gətirilir, büdcə müzakirələri bitəndən sonra unudulur. Qorxuram ki, bu, xroniki hal ala”.


Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi