Erməni deputatlar Şəhidlər Xiyabanını ziyarətdən imtina etdilər

ermeni-deputatlar-sehidler-xiyabanini-ziyaretden-imtina-etdiler
Oxunma sayı: 656

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, planlaşdırılan proqrama əsasən, erməni nümayəndələri Bkıdakı Şəhidlər Xiyabanını ziyarət etməlidirlər. Lakin Ermənistan nümayəndə heyətinin üzvlərindən olan Naira Zoqrabyan bildirib ki, ermənilərin səfər proqramlarında belə bir ziyarət nəzərdə tutulmayıb.

Qeyd edək ki, hazırda Bakıda start götürən plenar iclasda “Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr - Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçiləri iştirak edir.

İclasın gündəliyində energetika infrastrukturlarına, gələcək demokratik, azad və müstəqil KİV-ə, nəinki hökumət, eyni zamanda vətəndaş cəmiyyəti səviyyəsində ticarət razılığı və əməkdaşlığına həsr edilmiş dörd əsas məruzə var.


Səidə