Erməni yağları Azərbaycana necə gəlir?

ermeni-yaglari-azerbaycana-nece-gelir-
Oxunma sayı: 1558

Lakin Azərbaycanda bir çox sahələrdə ciddi çatışmamazlıq olduğu kimi qida sektorunda da belə çatışmamazlıqlar həddindən artıq çoxdur. PİA.AZ-ın bu sahədə apardığı araşdırmalar ağınacaqlı vəziyyət ortaya qoyub. Qeyd edək ki, bizim apardığımız ilk araşdırma ölkəmizə daxil olan bitki yağlarını əhatə edib. Elə ilk araşdırmamızda ağınacaqlı vəziyyətlə üzləşdik.

Bildirək ki, yağ gündəlik qida rasionumuzun mühüm elementlərindən biridir. Mütəxəssislərin fikrincə, hər bir insan gün ərzində ən azı 100 qram yağ qəbul etməlidir. Üstəlik, qəbul etdiyimiz yağın tərkibinin keyfiyyətli olması da orqanizm üçün çox vacibdir. Çünki orqanizmin tələb etdiyi vitamin və maddələrin bir qismi yağdan alınır. Ancaq keyfiyyətsiz və tərkibi zərərli maddələrlə "zəngin" yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur.

Bu gun Azərbaycana xaricdən idxal olunan, xüsusilə də Rusyia və Ukraynadan ölkəmizə gətirilən yağların keyfiyyəti heç də dünya standartlarına uyğun gəlmir. Təsadüfi deyil ki, həmin yağların Avropa bazarlanda satışına bir mənalı qadağa qoyulmuşdur ki, bunun da səbəblərini aşağıda göstərəcəyik.

Qeyd edək ki, biz birinci mərhələdə ölkəmizə Rusiyadan idxal olunan «Avedov», «Zlato», «Premium Zolotoe Semeçka», «Yantar», həmçinin Ukaynada istehsal olunan «Olenya» yağları oldu.

Maraqlıdır ki, «Avedov» və «Zlato» yağları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi tərəfindən Azərbaycanda satışına qadağa qoyulub. İdarənin 26 yanvar 2010-cu ildə mətbuata verdiyi açıqlamada bildirilir ki, "Marko" MMC idxal etdiyi "Zlato" günəbaxan yağı, "Avedov" günəbaxan yağı məhsullarında AZS Milli Sertifikatlaşdırma Sisteminin tələblərini tətbiq etməyib, müəssisə sertifikatlaşdırmadan yayınıb və məhsulların markalanması qanunvericiliyə uyğun aparılmayıb. Aşkar olunmuş qanun pozuntuları ilə bağlı müəssisə rəhbərliyinə iradnamə, satışın qadağan edilməsi barədə tələbnamələr verilib və inzibati protokol tərtib olunaraq 4 min manat cərimə tətbiq edilib.

YA SERTİFİKAT YOXDUR, YA DA SAXTADIR

Buna baxmayraq bu gün Bakının bütün marketlərində bu yağların satışı davam etdirilir. Elə bu səbələ PİA.AZ-ın əməkdaşları Bakının bir sıra market və ərzaq dükanlarında reyd keçirdi. Girdiyimiz bütün dükanlarda demək olar ki, yuxarıda adı çəkilən yağların satışı həyata keçiri lirdi. Müxbirlərimizin satıcılarda sertifikat tələb etməsinə baxmyaraq, demək olar ki, bütün dükanlarda bildirdilər ki, sertifikat müdriyyətdədir. Amma təəssüf ki, heç bir yerdə müdriyyət öz yerində olmadı. Bir dükanda isə məqsədimizi anlatmadan müdirlə görüşmək istədiyimizi bildirdik. Mağaza müdirinə məqsədimizi anlatdıqda, bildirdi ki, onda sertifikat var, amma o, bizə bu sertifikatı göstərmək məcburiyyəti yoxdur. Mağaza müdürünü daha çox acıqlandırmadan dükanı tərk elədik.


Qeyri rəsmi mənbələrdən əldə etdiymiz məlumatlara görə isə Azərbaycanda satışa çıxarılan «Avedov», «Zlato», «Premium Zolotoe», «Yantar», «Olenya» yağlarının sertifikatı ya yoxdur, ya da bu sertifikatlar saxtadır.

AVROPADA BU YAĞLAR NƏDƏN SATIŞA BURAXILMIR?

Avropa Birliyi ölkələrində «Avedov», «Zlato», «Premium Zolotoe Semeçka» «Yantar», «Olenya» yağlarının satışına qadağa qoyulub. Qadağanın əsas səbəbi bu yağların standartlara cavab verməməsidir. Avropa labaratoriyalarında aparılan analizlər zamanı belə məlum olub ki, bu yağlar ekoloji təhlükəli yağlardır və insan sağlamlığına ciddi ziyan vurur. Bu yağların tərkibində neft məhsulları aşkarlanmaqla yanaşı, yağlarda radiasiya normadan dəfələrlə çoxdur. Belə ki, «Avedov», «Zlato», «ZolotoPremium», «Yantar», «Olenya» yağlarının xammalı Ukraynadan gətirilir və həmin xammal əsasən Çernobıl Atom Elektrik Stansiyasında baş verən partlayışdan sonra radiasiyalanmış ərazilərdə yetişdirilir və emal olunur. Elə bu üzdəndə «Avedov», «Zlato», «Premium Zolotoe Semeçka», «Yantar», «Olenya» yağlarının Avropa Birliyi ölkələrinə idxalına qadağa qoyulub.


Bu yağların əsas satış bazarından biri isə məhz Ermənistandır. Lakin Ermənistana bu yağların idxalını Rusiyadakı erməni diasporu həyata keçirir ki, bu da maraqlı nüanslar ortaya qoymaqdadır.

«AVEDOV» YAĞLARI... VƏ TAYQULAQ ANDRANİK

Bu yağların əsas özəlliyi isə Rusiyada ermənilərin daha çox məskunlaşdığı ərazilərdə istehsal olunmasıdır. Apardığımız araşdırmalar zamanı məlum olub ki, üzdəndə «Avedov», «Zlato», «Premium Zolotoe Semeçka», «Yantar», «Olenya» yağlarının istehsalını təşkil edən şirkətlərinin əsas sərmayə payının erməni iş adamlarının əlində olmasıdır. 1980-ci illərdən başlayaraq Beynəlxalq Erməni Diasporu davamlı olaraq Rusiyada qida sektoruna sərmayə yatırımı qoyub. Bu sərmayələrin içində isə ermənilərin daha çox məskunlaşdığı Krasnodar, Stavropol diyarlarında və Rostov vilvyətində istehsal olunan «Avedov», «Zlato», «Premium Zolotoe Semeçka», «Yantar» yağları öndə gəlir. «Olenya» yağına gəlincə isə 2001-cü ildən başlayaraq ermənilər Dnepropetrovsk vilayətində bu yağın istehsalı ilə məşğuldurlar. Bu şirkətlərin rəhbər strukturlarında başqa millətlərin nümayəndələri olsa da, şirkətlərin səhmləri tam olaraq Erməni Diasporunun nəzarəti altındadır.


Məlumat üçün bildirək ki, hazırda Krasnodar, Stavropol diyarlarında və Rostov vilvyətində yaşayan ermənilərin sayı Ermənistanda yaşayn ermənilərin təqribən dörddə biri qədərdir. Ona görə də Erəmni Diasporunun bu şirkətlərə sərmayə qoyması heç də təsadüfi deyil.

Qeyd edək ki, bir il əvvəl on minlərlə türkün qatili, Naxçıvanda və Zəngəzurda onlarla kəndin əhalisini uşaqlı böyüklü qətl edən tayqulaq Andranikin Soçi şəhərinin Lazerevski rayonunun Volkonka kəndində abidəsinin qoyulması üçün vəsaiti «Avedov» şirkəti ayırıb. Həmin abidə qoyulmasından bir neçə gün sonra Soçi şəhərinin meri tərəfindən sökülüb. Abidə ermənilər tərəfindən Rostovda, ya da Adlerdə yenidən qoyulması gündəmə gəlsə də, ermənilərin bu arzusu gözlərində qalıb.


Hər il «Avedov», «Zlato», «ZolotoPremium», «Yantar», «Olenya» şirkətlərinin gəlirlərindən milyonlarla dollar Erməni Diasporunun Rusiyadakı və Avropadakı tədbirlərinə vəsait ayırıldığı bildirilir.

BU YAĞLAR AZƏRBAYCANA NECƏ DAXİL OLUR

Apardığımız araşdırma zamanı belə məlum olub ki, «Avedov», «Zlato», «ZolotoPremium», «Yantar», «Olenya» yağları ölkəmizə gizli yolla daxil olur. Belə ki, gömrükdən bu yağlar başqa ad altında keçirilir. Bu barədə bizə məlumat verən mənbə bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu yağların ölkəyə gəlişinə qadağa qoymasına rəğmən bir sıra işbazlar özlərinin gömrükdə çalışan əlaqələrindən istifadə edərək başqa məhsul adı altında bu yağları ölkəmizə soxurlar.

Qeyd edək ki, bu yağları ölkəmizə gətirən şirkətlər haqqında daha ətraflı məlumatla növbəti araşdırmamızda tanış olacaqsınız.

pia.az