“Eurovision-2011” qaliblərimiz mükafatlandırıldılar

eurovision-2011-qaliblerimiz-mukafatlandirildilar
Oxunma sayı: 698

“Qafqazinfo” AzərTAc-a istinadən xəbər verir ki, Latviya, Rusiya, Ukrayna, Finlandiya, İsveç və Estoniyadan 20-dən çox ifaçının qatıldığı konsertdə “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri - Eldar Qasımov və Nigar Camal da iştirak ediblər. Azərbaycanlı ifaçılar “Birlik ölkələrində Best International Video (CIS)” nominasiyasında “ОЕ VIDEO MUSIC AWARDS 2011” mükafatı ilə təltif olunublar. Mərasimdə Eldar Qasımov və Nigar Camal məhəbbət haqqında “Running Scared” balladasını ifa ediblər.
Azərbaycan təmsilçiləri bildiriblər: “Sevinirik ki, bizi təkcə Vətəndə deyil, xaricdə də sevirlər və qiymətləndirirlər. Həmvətənlərimizin bizi hərarətlə qarşılaması son dərəcə xoş idi”.

“Eurovision-2012” mahnı müsabiqəsinin Bakıda keçirilən milli seçim turundan danışarkən Eldar Qasımov və Nigar Camal turun ilk həftəsini müşahidə etdiklərini vurğulayıblar. Nigar Camal bildirmişdir: “İstərdik ki, layiqli ifaçı qələbə çalsın. Azərbaycanı xeyirxah, səmimi niyyətləri olan, ilk növbədə ölkəmizin mənafeyini düşünən bir insan təmsil etsin”.