“Eurovision-2012”dən imtina etməyə məcburam” - Müsahibə

<b>“Eurovision-2012”dən imtina etməyə məcburam” - <font color=red>Müsahibə </b></font>
Oxunma sayı: 107



- Salam, Emin. İyulun 7-də Siz yenidən Bakıda Yaşıl teatrda xeyriyyə konserti ilə çıxış edəcəksiniz. Öz pərəstişkarlarınızı və bayram gecəsinin qonaqlarını yenə nə ilə təəccübləndirəcəksiniz?
- Hər şeydən əvvəl ümid edirəm ki, son aylar görülən işlərin nəticəsini onlara göstərmək mənə müyəssər olacaq. Mənə elə gəlir ki, biz musiqiçilərim və bütün komandamızla sonuncu konsertdən ötən dövr ərzində irəli getməyə nail olmuşuq. Bunu dərhal izah etmək çətindir, ümid edirəm ki, tamaşaçılar nə barədə danışdığımı başa düşəcəklər. Əlbəttə, premyeralar - yeni mahnılar, yeni kliplər də olacaq. Bunsuz mümkün deyil.

- Bu ili Sizin yaradıcılığınızda çox uğurlu və məhsuldar adlandırmaq olar - yeni "Wonder" albomunun uğuru, "Any Time You Fall" və "Obvious" kompozisiyaları Britaniyanın 80-dən artıq radiostansiyasında hitə çevrildi. Təkcə dünya şöhrətli rejissor Fil Qriffinlə iş nəyə desən dəyər. Siz həm də “GQ Russia” jurnalının hər il təqdim etdiyi nüfuzlu "İlin adamı" mükafatının nominantı da olmusunuz. Belə fantastik uğurun səbəbi nədir?
- Fikrimcə, bütün uğurlarda iki səbəb var. Bu, zəhmət və bir qədər bəxti gətirməkdir. Sizin barəsində danışdığınız belə şeylərin baş verməsi o deməkdir ki, iş yaxşı görülüb və şərait düzgün qurulub. Elə mənim Fillə tanışlığım - bu elə həmin bir qədər bəxti gətirmədir - "Wonder" albomunu buraxdığımız zaman gördüyümüz nəhəng işin tamamlanması üçün lazım idi. Tanışlıq yeni vəzifəyə çevrildi - biz Fillə kliplərlə, filmlərlə məşğul olduq. Və GQ mükafatı, daha dəqiq desək, nominasiyası çox güman ki, hər gün görülən, lakin diqqət mərkəzinə düşməyən işlərin sadəcə qiymətləndirilməsidir.

- Yeri gəlmişkən, Fil Qriffinin işlərindən biri Sizin haqqınızda sənədli filmdir. Orada musiqi karyerası naminə biznesdən uzaqlaşmağı qərara alan iş adamının əhvalatından danışılacaq.
- Dərhal demək istəyirəm ki, mən biznesdən getməyə hazırlaşmıram. Sadəcə musiqi sahəsində işlərin artması ilə əlaqədar bunun üçün daha çox vaxt ayırmaq lazım gəlir, lakin bu o demək deyil ki, mən özümün başqa məşğuliyyətlərimi atmağa hazırlaşıram. Filin çəkdiyi filmə gəldikdə isə nəticədə nə alınacağını qabaqcadan söyləmək kifayət qədər çətindir, amma artıq çəkilib tamamlanmış və montaj olunmuş materiala əsaslanaraq deyə bilərəm ki, bu, kifayət qədər maraqlı olacaq.

- Sizin üçün harada daha çətin olur - biznesdə, yoxsa səhnədə?
- “Çətin” sözündən mənim heç xoşum gəlmir. Ona görə ki, hər hansı problemi, yaxud çətinliyi maraq stimullaşdırır. Odur ki, mən "maraqlı" deməyə üstünlük verirəm. Hər halda mənə musiqi ilə məşğul olmaq çox güman ki, daha maraqlıdır. Məhz buna görə də son vaxtlar mən biznesə nisbətən az diqqət ayırıram: orada iş prosesini yoluna qoymaq, səriştəli adamları tapmaq kifayətdir və o, artıq təşəkkül tapma prosesindəki kimi çox vaxt tələb etməyəcək. Musiqi isə hər hansı yaradıcılıq kimi daimi diqqət tələb edir. Və musiqidə ona məşq üçün dörd saat əvəzinə yarım saat həsr etməyin lazım gələcəyi sxemi fikirləşib tapa bilmirsən. Hətta əgər səninlə virtuozlar çalışırlarsa, hər halda bir yerdə məşq edərək ahəng yaratmaq, ümumi dil tapmaq, konsert aranjirovkaları üzərində işləmək lazımdır və s.

- Məlum olduğu kimi, özünüz üçün musiqini özünüz yazırsınız. Öz kompozisiyalarınızı necə qurursunuz, nədən ilham alırsınız?
- Mənim üçün bu suala cavab vermək çətindir, çünki mən onun cavabını bilmirəm. Mən çoxlu sayda başqa artistləri dinləyirəm, konsertlərə gedirəm, mən işlə, münasibətlərlə, kitablardan, filmlərdən aldığım təəssüratlarla bağlı hansısa hissləri yaşayıram… Mənim musiqim sanki yaşadığım reallıqların, təəssüratlarımın və təcrübəmin fasiləsiz ardıcıllığında düzülmüş bir neçə musiqi əsəridir. Və mənə bir hadisəni digərindən ayırmaq çətindir, çünki onların hamısı bir-biri ilə o qədər bağlıdır, bir-birinə o qədər təsir edirlər ki, onlar öz-özlüyündə mövcud olmurlar. Həm də hər hansı musiqi sadəcə çılpaq ilham deyil. Bu həm də işdə, məşqlərdə, studiyada, musiqiçilərlə söhbət zamanı insanın ağlına gələn həmin melodiyaların "təraşlanmasıdır". Odur ki, bu ahəngi sənə yazmağa imkan verən ilkin hiss kompozisiyanın final variantında ümumiyyətlə hiss olunmaya bilər.

- Bu gün səhnədə mahnıları sərbəst, zərif və kübarcasına, özü də canlı - fonoqramsız ifa edən müğənniləri çox nadir hallarda görmək olar. Səhnə mədəniyyətini kimdən öyrənmisiniz?
- Xoş sözlərə görə təşəkkür edirəm. Hesab edirəm ki, hər şeyin təcrübədən irəli gəldiyini demək düzgün olardı.

- Bu əlamətdar hadisə 2007-ci il sentyabrın 17-də Müslüm Maqomayevin yubiley gecəsində baş verdi. “My way” kompozisiyasını ifa edərkən əfsanəvi müğənni mikrofonu məhz Sizə təqdim etdi. Həmin an nə hiss etdiniz və bu, gələcək yaradıcılığınıza necə təsir etdi?
- Müslüm Maqomayev daim mənə mehriban münasibət göstərib və düşünürəm ki, o mənim musiqiyə olan meylimi gördü və bu ona təsir bağışladı. Mənə tez-tez deyərdi: "Mən səni ofisdə, masa arxasında, kağızlarla təsəvvür edə bilmirəm! Sən səhnədə olmalısan, sənə oxumaq lazımdır". Mən onun sözlərini hələ uşaqlıqdan tanıdığı 25 yaşlı oğlana mehribanlığı kimi qəbul edirəm, lakin mən bunu xeyir-dua kimi qəbul etmirəm. Halbuki artıq neçənci dəfədir ki, onunla birgə çıxışımla bağlı sevincimi ifadə etməyə bilmirəm - bu, unudulmaz idi!

- Böyük rəqabətin mövcud olduğu müasir estradada uğur qazanmaq üçün gənc istedadlı musiqiçilərə nəyi məsləhət görərdiniz?
- İşləmək, öz gücünü sınamaq, öz şansını axtarmaq lazımdır. Təbii ki, start şərtləri hamı üçün eyni deyil. Lakin əgər siz kifayət qədər zəhmətsevərsinizsə, əgər xarakteriniz, böyük uğura yol açan bir damcı bəxtiniz varsa, mütləq ortaya çıxacaq. Həm də indi radio və televiziyadan asılı olmamaq olar. İnternet, YouTube var. Bu gün musiqi üçün artıq heç bir sərhəd yoxdur. Məsələ ancaq arzuda, xarakterdə və öyrənmək bacarığındadır.

- Bir çox sosial şəbəkələrdə və forumlarda məhz Sizi Bakıda keçiriləcək “Eurovision 2012”-də Azərbaycanı təmsil edəcək ən layiqli namizəd adlandırırlar. Bunu necə şərh edərdiniz?
- Belə münasibət məni riqqətə gətirir. Və məni belə şərəfə layiq görən hər bir kəsə minnətdarlığımı bildirirəm. Lakin məsələ ondadır ki, mən öz musiqimi müsabiqələr, yarışlar naminə bəstələmirəm. “Eurovision” isə hər halda yarışdır. Yarışlarda qələbə gənc artistlərə lazımdır. Bu, diqqəti özünə cəlb etməyin, Avropanın rəğbətini qazanmağın, öz ölkəni şöhrətləndirməyin yaxşı üsuludur. Mənə isə özümü yeni başlayan adlandırmaq çətindir. Ona görə də mən təklif edilən şərəfdən imtina etməyə məcburam, lakin “Eurovision 2012” ilə bağlı bütün təşəbbüslərdə Azərbaycana və onun nümayəndələrinə kömək etməyə hazıram.

Trend


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi