“Hakimiyyət heç nəyə nail ola bilmədi”

hakimiyyet-hec-neye-nail-ola-bilmedi
Oxunma sayı: 646

Bu sözləri Müsavat Məclisinin bugünkü toplantısında partiyanın başqanı İsa Qəmbər deyib. İsa Qəmbər dünyada yeni bir dövrün başlandığını bildirib, beynəlxalq birliyin avtoritar rejimlərə qarşı heç vaxt olmadığı qədər prinsipial mövqe tutduğunu qeyd edib: "Ərəb ölkələrində baş verənlər bunun sübutudur. Beynəlxalq birlik diktatorlara qarşıdır. Sadəcə, bir ölkədəki cəmiyyət nə dərəcəd aktiv yetkindirsə beynəlxalq birlik də nların azadlıq mübarizəsinə o dərəcədə adekvat reaksiya verir".

Müsavat başqanı müsavatçıları aktiv olmağa, cəmiyyətlə fəal işləməyə, xalqın nümayəndələrini pariyaya, İctimai Palatanın üzvlüyünə cəlb etməyə çağırıb.

İsa Qəmbər həbsdə olan müsavatçıların müdafiəsi məsələsinə də toxunub, hakimiyyətin onları həbs etməklə özünü ifşa etdiyini, heç nəyə nail olmadığını bildirib: "Bu repressiya ilə hakimiyyət heç nəyə nail ola, cəmiyyətdə xof yarada bilmədi. Həbs olunanların yaxınları, əzizləri bu gün daha mübariz əhval-ruhiyyədədirlər və daha fədakardırlar. Ümid edirəm ki, hakimiyyət bu yersiz höcətliyə son qoyacaq və dostlarımız azadlığa çıxaraq yanımızda olacaqlar".

İMüsavat başqanı İctimai Palatanın analoqu olmayan qurum olmasını da qeyd edərək, deyib ki, son vaxtlar ona bənzər qurumlar yaratmağa cəhd edənlər var, amma bu səylər əbəsdir: "Adətən biz bu cür birlikləri seçkidən əvvəl yaradırdıq. İctimai Palata isə seçkidən sonra yaradıldı, artıq 6 aydır fəaliyyət göstərir, ciddi sənədlər hazırlayır, mitinqlər təşkil edir, effektiv fəaliyyət göstərir".

musavat.com