İntiqam Əliyevin məsələsi Türkiyə Böyük Millət Məclisinə çıxarıldı

intiqam-eliyevin-meselesi-turkiye-boyuk-millet-meclisine-cixarildi
Oxunma sayı: 671

Bununla bağlı vəkilin işini MHP millət vəkilləri TBMM iclasında qaldırıb. MHP baş katibi, Bursadan Millət vəkili seçilən İsmət Büyükataman Daxili İşlər Naziri İdris Naim Şahinə sorğu göndərib. Bundan başqa iclasda daxili işlər nazirinə üzünü tutaraq “vəkili kim və nə üçün döyüb, onu döyən polislər haqqında cinayət işi qaldırılıbmı” deyə soruşub.

Xatırladaq ki, hüquqşünas İntiqam Əliyev hava limanındakı polislərin onun sözlərini başa düşməməsi nəticəsində bir otağa aparılaraq döyülmüş, təzyiqlərə məruz qalmışdı.