İranda müəllimlər ayağa qalxdı

iranda-muellimler-ayaga-qalxdi
Oxunma sayı: 650

Bu gün səhər bir qrup ibtidai sinif müəllimi İran parlamentinin binası qarşısında etiraz aksiyası keçirib.Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi xəbər verir.

Müəllimlər təhsil nazirinin onları işdən çıxarmasına etiraz ediblər.
Ölkənin müxtəlif bölgələrindən parlament binası qarşısında toplaşmış müəllimlərin nümayəndəsi bildirib ki, hazırda 25 min nəfər ibtidai sinif müəllimi işdən çıxarılıb.

"Biz bura toplaşmışıq ki, səsimizi duysunlar və bu ağır iqtisadi vəziyyətdə bizi öz işimizin başına qaytarsınlar", - müəllimlərin nümayəndəsi deyib.