Kadırov çeçen qızlarının yarıçılpaq geyimindən danışdı

kadirov-cecen-qizlarinin-yaricilpaq-geyiminden-danisdi
Oxunma sayı: 946

“Qafqazinfo”nun məlumatına görə, jurnalistin çeçen qızlarının dizdən yuxarı, dekolte geyindiyinə diqqət çəkərək prezidentin buna icazə verdiyini yoxsa qızların sözəbaxmaz olduğunu soruşub. Ramzan Kadırov heç bir vaxt heç bir belə bir qadağa qoymadığını deyib: “Bunu etməyə haqqım da yoxdur. Yalnız öz evimdə əmr verə bilərəm… Mənim üçün bu xoş mənzərə deyil. Mən bilirəm ki, onlar geyim formalarına görə cəhənnəmə gedəcəklər. Əlbəttə təkcə geyim formasına görə yox, əgər əxlaqsızlıq edəcəklərsə. Mənim buna ürəyim ağrıyır... Gecə əyləncələrinin öz geyimi, idman klublarının öz geyimi, işin isə öz geyimi var. Mən bunu ona görə dedim ki, onlar ayıra bilsinlər – hamama gedirlər yoxsa, nazirliyə işə”.

Səidə