“Muhteşem Yüzyıl” yerini dəyişdi

muhtesem-yuzyil-yerini-deyisdi
Oxunma sayı: 693

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, iki mövsümdür Show TV-də yayımlanan serial yanvarın 4-dən Star TV-də ekrana gələcək.

Star TV ilə 23 bölüm üçün 30 milyon TL-yə razılığa gəlinməsi xəbərlərinə serialın rejissoru Timur Savçı cavab verərək deyib ki, bu çox şişirdilmiş rəqəmdir və doğru deyil: “Daha azına razılaşdıq. Baş rol oyunçuları Halit Ergenç, Meryem Uzerli, Okan Yalabık ve Nebahat Çehrenin də transfer nəticəsində pulları artırılıb”.

“Muhteşem Yüzyıl”ın Qanuni Sultan Süleymanı Halid Ergenc isə bunları söyləyib: “Bu rol üçün iki il gözlədim, 28 kilo verib, 50 tarixi kitab oxudum. Müəllimlərdən dərs aldım. Buna dəydi, hamımız qazandıq”.

Nigar Məmmədli