Öldürülən iş adamının ailəsindən – Açıqlama

oldurulen-is-adaminin-ailesinden-aciqlama
Oxunma sayı: 656

“İl yarım ərzində evimizdən iki meyit çıxdı. Bundan sonra Azərbaycan vətəndaşlığından imtina edəcəyik. Qoy bazar da, torpaqlar da onların olsun”. Bunu “Qafqazinfo”ya evində qətlə yetirilən xaçmazlı iş adamı Nəcimə Babayevanın oğlu və bu gün intihar edən Təranə Həbibovanın qardaşı Fuad Həbibov deyib.

F. Həbibovun sözlərinə görə, bacısı 49 yaşlı T. Həbibova anasının qətlə yetirilməsindən sonra xəstəliyə düçar olmuşdu: “Ürək, əsəb sistemi pozulmuşdu. Dünən bacımgildə qalmışdı. Bir oğlu yetim qaldı”.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru 73 yaşlı Nəcimə Babayeva 2010-cu il sentyabrın 15-də, saat 12.30 radələrində Xaçmaz rayonunun Muskal küçəsi, 15 ünvanında yerləşən şəxsi üçmərtəbəli mənzilinin birinci mərtəbəsində naməlum şəxs və ya şəxslər tərəfindən küt alətlə vurularaq qətlə yetirib.

Bu gün isə Xaçmaz şəhərində Nəcimə Babayevanın 49 yaşlı qızı Təranə Həbibova özünü öldürüb.

Qeyd edək ki, mərhum N.Babayeva Xaçmazdakı “Arzu” Ticarət Mərkəzinin sahibi olub.

Nigar Məmmədli