Polis vicdan məhbusunun anasını həbs etdi

polis-vicdan-mehbusunun-anasini-hebs-etdi
Oxunma sayı: 663

Nəsimi rayon polis idarəsinin rəis müavini Süleyman Nemətovun başçılığı ilə mülki geyimlilərdən ibarət polis dəstəsi vicdan məhbusunun anası Baxşıxanım, qardaşları Teymur və Toğrul Abbaslının həbs edərək 21-ci polis bölməsinə aparıblar.

Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə həbs olunanlar arasında müsavatçılar Tural Hacıbəyli, Abid Süleymanlını, AXCP üzvləri Dəyanət Babayevi və Əliriza Muxtar da olub. Hazırda isə polis Tural Abbaslının yaşadığı binanı mühasirəyə alıb. Az sonra isə binanın sökülməsinə başlanılıb.

Başxanım Abbasova musavat.com-a telefonla bildirib ki, polis ona qarşı xüsusi amansızlıq edib: "Süleyman Nemətov məni zorla, kobudluqla maşına mindirdi. İmkan vermədilər ki, evimin əşyalarını toplayım". B.Abbasova deyib ki, bu işi belə qoymayacaq. Aidiyyatı qurumlara müraciət edəcək: "Ramil Usubovun bu məsələyə münasibət bildirməsini tələb edirəm".