Rəşad Məcid Açıqlama verdi – Sərt ittihamlar

resad-mecid-aciqlama-verdi-sert-ittihamlar-
Oxunma sayı: 704

“Pərvizin “Yad dildə” romanı istər bədii, istərsə də digər keyfiyyətlər baxımından birinciliyə layiq deyildi” . Bu sözləri Milli Kitab Mükafatında münsiflər sırasından çıxan Rəşad Məcid “Qafqazinfo”ya açıqlamasında deyib. Onun sözlərinə görə, münsiflər heyətinin bir neçə üzvi Milli Kitab Mükafatına etiraz olaraq istefa ediblər: “Biz Çingiz Abdullayevlə birgə etiraz əlaməti olaraq münsif vəzifəsini tərk etdik. Bu sıraya Rəbiyyət Aslanovanın və digər bir neçə münsifin də qatılacağına inanıram”.

Rəşad Məcid bildirib ki, bir qrup münsif və təşkilat üzvlərinin əvvəlcədən fikirləşdikləri məqsədlərinə uyğun olaraq Pərviz bu müsabiqədə qalib gəlib.

Səidə Teyyubqızı