Sakinlərə xəbərdarlıq edildi

sakinlere-xeberdarliq-edildi
Oxunma sayı: 647

Qafqazinfo xəbər verir ki, bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev deyib.

Onun sözlərinə görə, təcili müvafiq tədbirlər görülməsə sürüşmə zonasında evlərin uçqunu baş verə bilər.

"Artıq sürüşmə, torpağın yuyulma prosesi intensivləşdiyindən, bəzi evlər deformasiyaya uğrayıb" Niftiyev əlavə edib.

Niftiyev bildirib ki, Masazır qəsəbəsində təhlükəli vəziyyətin yarandığı barədə müvafiq qurumlara xəbərdarlıq edilib.

Nazirlik rəsmisi hesab edir ki, sürüşmənin qarşısını almaq üçün ilkin olaraq təcili ərazidən drenaj quyuları qazılmalıdır. Bu drenaj quyuları vasitəsilə qrunt sularının istiqamətini dəyişmək olar.

Qeyd edək ki, martın ortalarından başlayaraq Masazırda sürüşmə prosesi aktivləşib.