Sanksiyaların mahiyyəti bilindi

sanksiyalarin-mahiyyeti-bilindi
Oxunma sayı: 668

Misirin paytaxtı Qəhirədə keçirilən mətbuat konfransında Qətərin baş naziri Şeyx Həməd bin Cəssim əl Səni Liqanın 22 ölkəsindən 19-nun sanksiya qərarını qəbul etdiyini bildirib. Bununla belə baş nazir Suriya hökümətinin zülmə son qoyacağına ümid edir.

"Bu gün mənim üçün kədərli bir gündür, çünki biz hələ də ümid edirik ki, Suriyalı qardaşlarımız sülh protokoluna imza atacaq və qan tökülməsinin qarşısını alacaqlar. Biz, eyni zamanda, Suriyaya qarşı xarici müdaxilələrin də qarşısını almağa çalışırıq" - sitatın sonu.

Qeyd edək ki, İraq və Livan səsvermədə bitərəf olduqlarını bildiriblər.

Ərəb Liqasının baş katibi Nəbil Ələrəbi isə bildirib ki, Suriya tələblərə əməl edərsə, sanksiyalar yenidən nəzərdən keçirilə bilər.

Qəbul olunmuş 14 maddəlik sanksiyalara Suriya milli bankı ilə əlaqələrin kəsilməsi, Suriyada həyata keçirilən lahiyələrə maliyyə dəsətyinin dayandırılması, Suriyadan gələn təyyarələrin ölkəyə buraxılmaması, əhalinin ərzaq tələbatı istisna olmaqla Suriya höküməti ilə olan ticarət əlaqələrinə son qoyulması daxildir. Bununla yanaşı sanksiyalarda Suriyanın Ərəb ölkələrində olan bütün bank hesablarının dondurulacağı nəzərdə tutulur.

Qeyd edək ki, Liqanın bu addımı Ərəb dünyası tərəfindən gözlənilməz qarşılanıb.
Rəsmi Dəməşq isə Ərəb Birliyinin ona qarşı xəyanət etdiyini bildirib.

Qərarın verilməsindən dərhal sonra Suriyanın Homs şəhərində hökümət qüvvələri ilə silahlı qruplar arasında ciddi toqquşmalar baş verib. "Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə toqquşmalarda azı 26 nəfər öldürülüb. Rəsmi Suriya jurnalistlərə Homsa girməyə icazə vermədiyi üçün əldə olunan informasiyanı dəqiqləşdirmək mümkün olmayıb.

Bu arada Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da Liqanın iclasında iştrak edib. Suriyada davam edən zülmə qarşı Türkiyənin Ərəb birliyi ilə birgə çalışdığını bildirən Davudoğlu qəbul olunan sanksiyaların Türkiyənin nəzərdə tutduğu tədbirlərlə oxşar olduğunu qeyd edib.

ANS PRESS