Səbailin 9 ayı müzakirə olunub - Fotosessiya

sebailin-9-ayi-muzakire-olunub-fotosessiya
Oxunma sayı: 693

“Qafqazinfo”nun məlumatına görə, rayonun idarə, müəssisə, təşkilat, xidmət sahələri, təhsil, səhiyyə müəssisələri rəhbərlərinin, ağsaqqallar, veteranlar, gənclər və digər ictimai təşkilatların və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən toplantını Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov açıb. İcra başçısı bildirib ki, 2011-ci ilin 9 ayı ərzində rayonda 15 milyard 809,2 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 % çox sənaye məhsulu istehsal edilib, nəqliyyat sektorunda 464,8 milyon manatlıq və ya 36,4% çox nəqliyyat xidmətləri, rabitə müəssisələri tərəfindən 578,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,4% çox rabitə xidmətləri göstərilib: “Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 626,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 9,3 % çoxdur. İlin əvvəlindən əhaliyə 394,9 milyon manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib ki, bu da 5,5% çoxdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə pərakəndə əmtəə dövriyyəsi 9,5% , pullu xidmətlərin həcmi isə 3,9% artıb”.

A. Əsgərovun sözlərinə görə, 2011-ci ilin yanvar-avqust ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 89097 nəfər, orta aylıq əmək haqqının məbləği isə 902,4 manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 6,9% çoxdur: “Bu dövrdə rayon ərazisində 1242 yeni daimi iş yeri açılıb. Ümumiyyətlə 2003-cü ilin noyabrından 2011-ci ilin oktyabr ayının 1-dək rayonda 34429 iş yeri açılıb ki, bunlardan 32162 iş yeri daimidir.

2011-ci ilin əvvəlindən rayonda yerləşən bir sıra müxtəlif təyinatlı obyektlərin inşası, təmir-yenidənqurulması işləri davam etdirilib. Bu il ölkə rəhbərinin iştirakı ilə “Bakıelektrikşəbəkə” ASC-nin Mərkəzi Dispetçer xidmətinin və yeni inşa olunmuş 6 yarımstansiyanın, Səbail rayon Enerji təchizatı və satış idarəsinin yeni inzibati binasının, Qafur Məmmədovun adını daşıyan parkın, 6 saylı tam orta məktəbin, “Hilton-Baku” otel kompleksinin açılışı olub”.

İcra başçısı əlavə edib ki, ha¬zır¬da rayonda bir sıra dövlət əhəmiyyətli iri obyektlərin tikintisi aparılır, bir sıra obyektlərdə təmir-bərpa işləri davam etdirilir: “Belə ki, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, “Flame Tower” (Alov qüllələri) kompleksinin, “Four Seasons” və “Mariot” mehmanxanalarının, Badamdar qəsəbəsində MTN-nin yeni Hospitalının və Oxford məktəbi üçün yeni tədris korpusunun, Z. Əliyeva küçəsində “İş Adamları Mərkəzinin”, İncəsənət Muzeyi üçün yeni korpusun tikintisi aparılır. Neftçilər və Bülbül prospektlərində yeni yeraltı keçidlərin inşası başa çatmaq üzrədir, Parlament prospektində yeni keçid, Azadlıq Meydanında 2 mərtəbəli yeraltı, Fəvvarələr Meydanında yerüstü qarajların tikintisinə, Funikulyorun və Dövlət Filarmoniyasının əsaslı təmirinə, may ayından isə Səbail rayonunun simvolu olan Qız qalasının bərpa və konservasiyası işlərinə başlanılıb.

Bu gün Səbail rayonunda “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin “Bibiheybət” stadionunun, Dövlət Musiqili Komediya Teatrının binasının, Mahnı Teatrının, Səadət Sarayının binasının əsaslı təmiri, “İçərişəhər” və “Yeni Bayıl” yarımstansiyalarının tikintisi aparılır, Badamdar qəsəbəsində 2 ədəd su anbarının tikintisi, Səbail rayon Polis İdarəsinin 8-ci Polis bölməsinin inzibati binasının təmiri başa çatıb, Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi 14 ünvanda, Üzeyir Hacıbəyov küçəsi 45 və Mətbuat prospekti 2 ünvanda həyətlər, 39 saylı uşaq bağça təmir olunub, Badamdar qəsəbəsində 2 ünvanda – Tofiq Məmmədov küçəsi 3 və Məktəbli küçəsində yeni istirahət guşələri yaradılıb, qəsəbədəki xeyir-şər evində əlavə zal tikilməsinə başlanıb, Bibiheybət qəsəbəsi, Salyan yolu 32 ünvanda piyadalar üçün yol keçidi tikintisi işləri başa çatmaq üzrədir. Mərkəzdə səkilərə 3000 m2 dekorativ daş düzülüb, Badamdar qəsəbəsində qəsəbədaxili yollara 25.450 m2, 20-ci sahədə Elçin Əzizov küçəsinə və dalanlara 14.850 m2 , mərkəz küçələrə 16700 m2, ümumilikdə isə 69.300 m2 sahəyə asfalt salınıb”.

Qeyd olunub ki, Dövlət Proqramının icrası ilə bağlı yay aylarında 2 saylı Texniki-Humanitar Elmlər liseyi, 51, 91 və 189 saylı orta məktəblər, 160 saylı Klassik Gimnaziya ilə yanaşı 6 saylı Bakı Peşə Məktəbi, 20 saylı Uşaq Yaradıcılıq Mərkəzi və 35 saylı Texniki Yaradıcılıq Mərkəzində əsaslı təmir-yenidənqurma işləri aparılıb, RİH-nin köməkliyi ilə 239 saylı orta məktəbdə cari təmir işləri görülüb. Hazırda 7 saylı orta məktəb üçün idman və akt zalı olan əlavə, 49 saylı orta məktəb üçün yeni 660 şagird yerlik əlavə korpusların, həmçinin 3 saylı Uşaq Musiqi məktəbinin sökülərək yenidən tikintisi, 2 uşaq bağçasının əsaslı təmiri aparılır. 203 saylı məktəbdə təmir-möhkəmləndirmə işlərinə, Badamdar qəsəbəsində isə prezidentin sərəncamına əsasən 120 yerlik uşaq bağçası və 880 şagird yerlik orta məktəb binasının inşasına başlanılıb.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları müzakirə olunub.

Tədbirdə Dövlət Qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Fəridə Əliyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.

Yığıncağın işində Milli Məclisin üzvü Fuad Muradov iştirak edib.

Nigar Məmmədli