Sədərəkdə etiraz aksiyası

sederekde-etiraz-aksiyasi
Oxunma sayı: 725



Dünən səhər saatlarında “Sədərək” Ticarət Mərkəzində 150-yə qədər satıcı etiraz aksiyası keçirib. Onlar ticarət mərkəzində yer pulunun məbləğinin artırılmasına etirazlarını bildiriblər.
“Azadlıq”ın əldə etdiyi məlumata görə, etiraz aksiyası durumu bir az da qəlizləşdirib. Rəhbərlik etiraz edən satıcıları ümumiyyətlə, ticarət mərkəzindən qovmaqla hədələyib. Odur ki, satıcılar çarəsiz vəziyyətdə qalıblar və nə edəcəklərini bilmirlər.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində son bir həftədə yer haqqı 50-60 manat bahalaşıb.

Azadlıq qəzeti