Bu gün hava yağmursuz keçəcək

bu-gun-hava-yagmursuz-kececek
Oxunma sayı: 647

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, arabir güclənən şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 22-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19 dərəcə, gündüz 23-28 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Hava şəraiti haqqında qısa icmal: Sentyabrın 11-də gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi, sonrakı günlərdə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.