Bu gün “Qarabağ” oynayır

bu-gun-qarabag-oynayir
Oxunma sayı: 756

Bu gün Avropa Liqasında mübarizə aparan klublarımız II təsnifat mərhələsinin cavab qarşılaşmalarını keçirəcəklər. ANS PRESS-in məlumatına görə, qarşılaşmalardan biri paytaxtda, digəri isə Lənkəranda baş tutacaq. “Qarabağ” səfərdə 1:1 oynadığı Farer adalarının “Streymur” klubu ilə münasibətlərinə bu dəfə Bakıda aydınlıq gətirəcək.

“Qarabağ” sərfəli nəticə müqabilində “Streymur” səddini adlaya bilsə Belçikanın “Brugge” klubu ilə qarşılaşmaq hüququ əldə edəcək.. “Qarabağ”a nisbətən isə “Xəzər Lənkəran”ın vəziyyəti daha ağırdır. Cənub təmsilçisi növbəti mərhələyə vəsiqə qazanmaq Təl-Əvivdə 1:3 hesabı ilə məğlub olduğu “Makkabi”ni ən azı 2:0 hesabı ilə məğlub etməlidir.

“Xəzər Lənkəran” “Makkabi” səddini keçəcəyi təqdirdə “Zeljezniçar” (Bosniya və Herseqovina) – “Şerif” (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək. Qeyd edək ki, “Xəzər Lənkəran” – “Makkabi” matçı 20:30-da, “Qarabağ” – “Streymur” görüşü isə 21:00-da start götürəcək.