Bu yolda iş başa çatır

bu-yolda-is-basa-catir
Oxunma sayı: 973

Ümumşəhər əhəmiyyətli Bakı Dairəvi-1 avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaradacaq avtomobil yolunun tikintisi artıq yekunlaşmaq üzrədir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, cari ilin fevral ayında tikintisinə başlanılmış yeni yolun uzunluğu 1310 metr təşkil edir. 

Yol I texniki dərəcəyə uyğun inşa edilib. 4 hərəkət zolaqlı olan yolun ümumi eni 18.5 metrdir.