“YAP-ın belə isterik reaksiyasına ehtiyac yoxdur” - Müsahibə

yap-in-bele-isterik-reaksiyasina-ehtiyac-yoxdur-musahibe-
Oxunma sayı: 691





Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin “Qafqazinfo”ya müsahibəsi


- Sabah Türkiyədə Parlament seçkiləri baş tutacaq. Bu seçkilərdən nə gözləyirsiz?
- Bu növbəti parlament seçkiləridir. Türkiyədə vaxtaşırı konstitusiyaya uyğun olaraq belə seçkilər keçirilir. Bu seçkidə də parlamentin tərkibi və ona uyğun olaraq hökumətin tərkibi müəyyənləşəcək. Bu seçki Türkiyə üçün həm də ona görə önəmlidir ki, uzun müddətdir iqtidarda olan Ədalət və İnkişaf Partiyasına növbəti dəfə üçüncü dəfə şans veriləcəkmi, yoxsa yox? Bu mənada seçki kampaniyası bəzi xoşagəlməz məqamları istisna etsək, əsasən demokratik şəraitdə, millətin gözü qarşısında keçir. Türkiyə mətbuatı kifayət qədər balanslı şəkildə bütün hadisələrə şərait yaradır və Türkiyədə çox şükürlər olsun ki, belə ənənə var ki, səslər saxtalaşdırılmır. Sabah türk xalqı özünün parlamentini və hökumətini seçəcək, onun iradəsinə hamı hörmət edəcək.

- Sizin proqnozunuz necədir? Mübarizə əsdasən 3 partiya arasında gedir. Sizcə onlardan hansı üstünlük qazanacaq?
- Bilirsiniz, seçkiyə bir gün qalıb. Mən dünən yazdığım yazıda da qeyd eləmişəm ki, bizim, Azərbayacandan olan siyasətçilərin işi deyil ki, Türkiyə seçkilərində tərəf tutaq, hansısa partiyanın leyhinə, hansısa partiyanın əleyhinə təbliğat aparaq. Onsuz da heç Türkiyə seçicisi bunu eşitməz də, ona görə də biz belə yersiz hərəkətlərdən çəkinməliyik. Seçkiyə bir gün qalmnış hər hansısa proqnaz da təbliğatdır və əks-təbliğat xarakteri daşıya bilər. Ona görıə də, mən istər-istəməz belə hərəkətlərdən çəkinirəm. Əlbəttə ki, mən də Türkiyə siyasətini diqqətlə izləyirəm. Həm proqnozum var, həm rəğbət bəslədiyim siyasi qüvvələr var, amma mən hesab edirəm ki, tədricən bu ənənəni formalaşdırmalıyıq ki, biz bütövlükdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında maraqlı olmalıyıq. Türk xalqının da azad seçim haqqına hörmət etməliyik. Türkiyə xalqı hasnı siyasi partiyanı seçib ona etimad göstərsə, biz onunla da işimizi davam etdirməliyik. Əsas odur ki, o iradə saxtalaşdırılmasın, o iradəyə müdaxilə olmasın. Əgər o iradəyə müdaxilə olsa, əlbəttə biz səsimiz qaldırmalıyıq. Yox əgər o iradəyə müdaxilə yoxdursa, o zaman türk xalqının iradəsi nə olacaqsa, biz ona hörmətlə yanaşacağıq. Sabha hamımız Türkiyədəki kimi həyəcanla seçkilərin nəticələrini izləyəcəyik.

- Azərbaycan uzun müddətdir ki, Türkiyə ilə viza rejimini aradan qaldırmır. Türkiyə tərəfi istəyir, israr edir, amma hələ ki, nəticə yoxdur. Burada bir çox amillər arqument kimi səsləndirilir. Sizin fikriniz maraqlıdır.
- Mən Azərbaycan hökumətinin Azərbaycanla Türkiyə arasında vizasız gediş-gəlişə imkan verməməsini səhv hesab edirəm, qəti şəkildə pisləyirəm. Biz bir neçə dəfə bəyanatlarla çıxış edib Azərbaycan hökumətinə çağırış etmişik ki, nəhayət Türkiyə ilə vizasız gediş-gəliş olsun. Hökumət gərək izahat versin. Necə olur ki, MDB-də olan 11 dövlətlə bizim vizasız gediş-gəlişimiz var? Həm bayramlarda, həm tədbirlərdə bəlağətlə deyirlər ki, Türkiyə ilə biz bir millət iki dövlətik. Amma, MDB-də olan dövlətlərin əksəriyyəti ilə bir millət də deyilik. Bəs necə izah oluna bilər ki, biz MDB daxilində vizasız gediş-gəliş hüququ əldə edirik, məsələn Belarusla, amma Türkiyə ilə bizim belə imkanımız yoxdur? Türkiyə özü deyir ki, hətta Rusiya ilə vizasız gediş-gəliş rejimi əldə edə bilirik. Belə olan təqdirdə Azərbaycan hökumətinin bu addımını başa düşmək çox çətindir. Əslində biz onun səbəblərini bilirik ki, Azərbaycan hökuməti niyə belə addım atır. Amma, onu məntiqlə qəbul etmək mümkün deyil. Azərbaycan hökuməti ümumiyyətlə çalışır ki, Azərbaycan qapalı bir dövlətə çevrilsin. Azərbaycan hökuməti istəyir ki, bu ölkənin daxilində baş verənləri dünyaya yaymaq çətin olsun. Xarici ölkələr, onların vətəndaşları, o cümlədən jurnalistlər xüsusi izn olmadan, Azərbaycana gəlib, gedə bilməsinlər. O cümlədən türkiyəli iş adamlarının Azərbaycanda investisiyalarının artmasına qısqanclıqla yanaşırlar. Ona görə də, boğazdan yuxarı Türkiyə ilə dostluq, qardaşlıq təbliğatı aparılsa da, biz zaman-zaman görürük ki, Azərbaycan hökuməti bu məsələlərdə səmimi deyil. Bunun ən mühüm göstəricisi də indiyə qədər vizasız gediş-gəlişə razılığın verilməməsidir. Bizim mövqeyimiz bir mənalıdır, bu məsələ ən qısa zamanda öz həllini tapmalıdır.

- Dünən Müsavatın qərargahında İctimai Palata ilə diplomatların maraqlı bir görüşü olub. Görüş haqqında fikirlərinizi bilmək istəyirəm.
- Artıq bu barədə qısa məlumat verilib. Biz bir müddət bundan əvvəl “İctimai Palatanın avtoritarizmdən demokratiyaya keçidin mexanizmini nəzərədə tutan yol xəritəsi” adlı sənədi ictimai müzakirəyə vermişdik. Biz həmin sənədi müzakirə etdik, diplomatlara da həmin sənədi təqdim etdik. Eyni zamanda Azərbaycandakı ümumi vəziyyəti müzakirə etdik. Bilirsiz ki, Azərbaycanda siyasi məhbusların mövcudluğu, sərbəst toplaşma azadlığının olmaması, mətbuata qarşı olan basqılar təkcə Azərbaycan vətəndaşlarını deyil, eyni zamanda azad dünyanı təmsil edən diplomatları da narahat edir. Onlar zaman-zaman bəyanatlarla çıxış edirlər. Biz bu məsələləri ciddi müzakirə etdik. Eyni zamanda, biz Azərbaycan dövlətinin beynəlxalq təşikilatlar qarşısında üzərinə götürdüyü öhdəliklər və onların yerinə yetirilməsinin gedişi məsələsini də müzakirə etdik. Bu, normal ümumi, diplomatik ənənələrə uyğun olaraq fikir mübadiləsi idi. Ümumiyyətlə, bütün demokratik ölkələrdə bu, adi praktikadır ki, ölkədə fəaliyyət göstərən diplomatiik korpus həm iqtidarla, həm müxalifətlə mütəmadi dialoq içində olur. Azərbaycan da bu mənada tam demokratik bir ölkə olmasa da, digər ölkələrdən fərqli olaraq iqtidarla müxalifət arasında böyük bir bariyer olsa da, diplomatik korpusla müxalifət arasında belə bir dialoq var və bu görüşə bu dialoqun davamı kimi baxmaq lazımdır. Qeyri-adi bir şey yoxdur. YAP-ın da belə isterik reaksiyasına ehtiyac yoxdur.

- Bu arada Mübariz Qurbanlı deyib ki, siyasi imicini qoruyan səfir İctimai Palata ilə görüşməz. İlkin reaksiya belə olub.
- Avropa Birliyi, ATƏT, Avropa Şurası, ABŞ, Almaniya, Fransa, İngiltərə, Türkiyə, Polşa və s. bu kimi dövlətlərin təmsilçiləri barədə bu şəkildə danışmaq özü elə qeyri-ciddiliyin əlamətidir. Dövlət idarəçiliyindən diplomatik etiketdən xəbərsizliyin göstəricisidir. Mən çox təəssüfləndim ki, belə açıqlamalar verilir. Çünki, təkcə bu kimi açıqlamalar özü Azərbaycanda hansı siyasi gündəmin, kimlərin iqtidarda olduğunu bütün dünyaya faş edir.

- YAP funksionerlərinin belə açıqlamalarında narahatlıq, sanki qorxu hiss olunur. Siz necə düşünürsünüz?
- Nahaq qorxurlar. Prinsip etibarilə Azərbaycanda hakimiyyətin necə olmasını, hakimiyyətin dəyişib dəyişməməsini, beynəlxalq diplomatlar müəyyənləşdirmir ki, bunu Azərbaycan xalqı müəyyənləşdirir. Qorxurlarsa, Azərbaycan xalqından qorxsunlar, Azərbaycan xalqına daha yaxşı xidmət etmək haqqında düşünsünlər. Elə idarəetmə yaratsınlıar ki, insanlıar hər gün intihar etmək məcburiyyətində qalmasınlar. İnsanlar hər gün öz övladlarını, canlarını necə qorumağın qeydinə qalmasınlar, insanlar narazı olmasınlar. Bu barədə düşünmək lazımdır. Normal sivil idarəetmə haqqıdna düşünmək lazımdır. Onu, bunu topa tutmaqla, uzun müddət hakimiyyəti qoruyub saxlamaq olmaz.

- İctimai Palatanın iyunun 19-a planlaşdırılan mitinqi ilə bağlı nə deyə bilərsiniz?
- İctimai Palatanın bu barədə artıq qərarı var. Biz çox istəyirik ki, hakimiyyət bu vaxta qədərki səhvlərini düzəltsin. Beynəlxalq birliyin mövqeyini nəzərə alıb, İctimai Palatanın təklif etdiyi, kompramis mövqe olan Nərimanov kinoteatrının qarşısındakı meydanda mitiqnin keçirilməsinə mane olmasın. Bilirsiz ki, bu yaxınlarda Avropa Birliyi Azərbaycanla bağlı xüsusi qətnamə qəbul edib. Orada da, Avropa Birliyi də tələb edir ki, bütün sivil dövlətlərdə olduğu kimi Azərbaycanda da sərbəst toplaşma azadlığı təmin olunsun. Mən Azərbaycan iqtidarını bu fürsətdən istifadə edib, ağıllı qərarlar verməyə çağırırıam. Çünki, aparılan qarşıdurma siyasəti xalqa qarşı dirəniş siyasəti ilk növbədə iqtidarda olanlar üçün sonda ağır nəticələr doğura bilər.

Müsahibəni Fatimə yazdı