“Yeni Müsavat”ın üzərindəki qara buludlar

yeni-musavatin-uzerindeki-qara-buludlar
Oxunma sayı: 719

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda deyilir: ““Yeni Müsavat”a qarşı qaldırılan iddiaların hamısı qəzetdə toplumu ilgiləndirən və toplum üçün önəmli olan mövzular kontekstində dərc olunan yazılarla bağlıdır. İddiaçı və şikayətçilərin hamısı ictimai fiqurlar, ya da məmurlar və hökumətə bağlı inhisarçı özəl qurumların rəhbərləridir”.

Tənqidi yazılarına görə qəzetin son 5 ildə 50 dəfə məhkəməyə verilməsinin vurğulandığı bəyanatda qeyd olunur ki, MHİ hökumətdə yüksək vəzifə tutan şəxslərin, onlara bağlı şəxsləri “Yeni Müsavat”a qarşı məhkəmə davalarından geri çəkilməyə, mətbuatın demokratik toplumda oynadığı əvəzedilməz rolu yerinə yetirməsini əngəlləyən addımlardan çəkinməyə çağırır: “MHİ hökumətin ifadə azadlığından yararlanmağa görə, özəlliklə təhqir və böhtana görə cinayət məsuliyyətini aradan qaldıran qanunun qəbulunu gecikdirməsini doğru siyasət hesab etmir. MHİ hökuməti ifadə azadlığı ilə bağlı işlərdə ədalətli qərarlar verməyi təmin edən, demokratik ölkələrin məhkəmə təcrübəsində, özəlliklə Avropa Məhkəməsinin baxdığı işlərində sınaqdan keçmiş test və meyarları özündə birləşdirən diffamasiya qanununu tezliklə müzakirəyə çıxarmağı və qəbul etməyi vacib sayır. MHİ belə bir qanun layihəsi mətnini hələ 2 il öncə hökumət qurumlarına və Milli Məclisə təqdim etdiyini yada salır. MHİ habelə yada salır ki, Mətbuat Şurasının ATƏT ekspertləriylə birgə işləyib hazırladığı başqa bir layihə də hökumətə təqdim edilib”.

Fatimə Kərimli