CAR-da təyyarə qəzası, 2 nəfər öldü

car-da-teyyare-qezasi-2-nefer-oldu
Oxunma sayı: 921

Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində yüngül motorlu təyyarə qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident bu gün səhər baş verib. Təyyarə yaşayış bölgəsinə düşüb. Nəticədə təyyarə pilotu və ərazidə çalışan bağban ölüb. 

İnsidentin səbəbi araşdırılır.