CASCFEN “Qafqazinfo”da - Foto

cascfen-qafqazinfoda-foto
Oxunma sayı: 634

Görüş zamanı qurum rəhbərləri son zamanlar Azərbaycanda vüsət almaqda olan onlayn medianın durumu ilə bağlı fikir mübadiləsi aparıblar. CASCFEN sədri Azər Həsrət bildirib ki, artıq bütün dünyada ənənəvi medianın yerini onlayn media almaqdadır və sevindirici haldır ki, Azərbaycan da bu prosesdən geri qalmır: “Biz düşünürük ki, KİV-ə Dövlət Dəstəyi Fonduna ayrılan vəsaitin həcmi artırılaraq onlayn mediaya dövlət yardımının edilməsi ümumilikdə Azərbaycanın faydasına olardı. Ümid etmək istərdik ki, onlayn medianın artan rolu nəzərə alınaraq bu yöndə addımlar atılacaq”.

Qafqazinfo. az-ın baş redaktoru Elbrus Ərud isə qeyd edib ki, xəbər yarışmasında hazırkı şərtlər altında çalışmaq elə də asan deyil: “Bununla belə kollektivimizin çevikliyi, özəlliklə də gənclərdən ibarət olması bizim bu yarışmada heç də geri qalmadığımızı, əksinə, bir çox hallarda daha öndə olmağımızı təmin edir. Hər halda bu gün Azərbaycanın ən öndə gedən onlayn media qurumları sırasında olmağımız bunu bariz şəkildə göstərir”.

CASCFEN-in sədr müavini Rey Kərimoğlu da bildirib ki, qafqazinfo. Az kimi resursların bolluğu Azərbaycan dövlətçiliyi üçün çox önəmli amildir.

Görüşün sonunda CASCFEN təmsilçiləri Qafqazinfo. az əməkdaşlarını qurumla əməkdaşlığa dəvət ediblər.